Elgün Oruclu ”Bu rəqəmlər hər nə qədər dilsiz olsa da, ən azından doğruların bir hissəsini deyəcək qədər danışa bilirlər”

Ağ-qara, bərk-yumuşaq, dərin-dayaz: doüru-yalan və başqa. Bu təzaddır. Bu misalları nə qədər desək uzda bilərik. Eyni ilə Azərbaycanın əkinə yararlı torpaq sahələri kimi. Ya da əkinə yararlı olub amma, əkilməyən torpaq sahələrinin dərdi kimi. Yaxud da əkinə yararlı olub, əkilən amma, istənilən məhsuldarlığı əldə edə bilməyən kəndlinin problemləri kimi.загружено (17)

Çar Rusiyası dönəmində Azərbaycan pambığın 10%-ni, ipəyin 8%-ni verəbildiyi təqdirdə bu gün özünü təmin edəcək gücdə deyildir. Məsələn 1970-ci ildə çay istehsalı 34.000 ton olduğu təqdirdə 2000-ci ilin əvəllərində bu rəqəm 1.900 ton olmuşdur.

Bununla bərabər 1990-cı ildə əkinə yararlı pambıq əraziləri 245 min h. ikən 2001 də 101 min, 2014 ilində isə, 18.8 min h. olmuşdur. Eyni zamanda 1990-cı ildə 542 min ton pambıq əldə edilirkən, 2014-cü ildə bu rəqəm 40 min ton olmuşdur. Nəticədə bu qanunauyğunluqla əlaqəli olaraq gəlir də təzad təşkil etməyərək 116 milyon dollardan 42 milyon dollara qədər enmişdir. Eyni zamanda son 15 ildə dünyada pambığın qiymətinin yüksəldiyini bildirməkdə də fayda vardır. Nəticədə ölkənin kənd təsərrüfatının ən perespektivli sektoru olan pambıq 2014-cü ildə son 80 ilin ən aşağı göstəricisini ortaya qoymuşdur. Bu vəziyyət taxıl, tütün məhsuldarlığında da ortaya çıxmışdır. Məsələn SSSR”nin zamanında 62 min ton olan tütün istehsalı, müstəqillik illərindən sonra 4-5 min tona qədər enmişdir və əldə edilən tütünün də küyfiyyəti qane edici deyil. Yəqin ki bu rəqəmləri daha çox sıralamağın o qədər də əhəmiyyəti yoxdur. Qısacası müstəqillik illərindən sonra kənd təsərrüfatı durmadan məhsuldarlığını itirmişdir. Aşağıda illər etibarı ilə kənd təsərrüfatının ÜDM içində faiz olaraq tutduğu paylara yer verilmişdir. Rəqəmlərin sırası ilə, 1995, 2000, 2005, 2014 illərinə uyğun olaraq faizlə ifadəsi 27.3%, 17.1%, 9.9% və 5.7% dir

Bu rəqəmləri hər nə qədər dilsiz olsa da, ən azından doğruların bir hissəsini deyəcək qədər danışa bilirlər. Ən azından gərəksiz təzad təşkil edən bəhanələri yoxdur. Bir sözlə Azərbaycan kənd təsərüfatında tək təzad olmayan şey müstəqillik illərindən sonra məhsuldarlığın hər il bir öncəki il kimi azalmağa dava etməsidir.

Əlbəttə ki, kənd təsərrüfatı ilə əlaqəli bir sıra quruluşların da haqq qazandığı məsələlər vardır. Məslən, Azərbaycan ən böyük əkinçilik bölgələrini işğaldan sona itirmiş, SSSR dən ayrıldıqdan sonra bir sıra quruluşlar mərkəzə bağlı olduğundan fəaliyyətini dayandırmışdır. Nazirliyin dediyi kimi, hava şəraiti də sözümüzə baxmır. Nəhaət ki, gəldik təzadsız kənd təsərrüfatımızın təzadlı cəhətinə. İllərdir ki, Azərbaycanda aid olduğu hava şəraiti ilə əlaqədar olaraq mart ayı küləkli və 5-15 dərəcə temperatoru arasında keçir. Yəni, qısacası bu belədir və dəyişməzdir. Dəyişməyən başqa bir şey də var. O da kənd təsərrüfatı ilə əlaqəli qurumların