Ankaranın Qızılay meydanında bombalı terror hücumu törətdiyi iddia edilən 24 yaşlı Səhər Çağla Dəmirin ailəsindən DNT testi üçün qan nümunəsi götürülüb.
Məlumata görə, Səhər Dəmirin atası 2012-ci ildə qızını Balıkəsir universitetində qeydiyyatdan keçirdikdən sonra ondan xəbər ala bilmədiyini və qızının axtarışa verildiyini bildirib.
S.Dəmirin atası bunları deyib: “Universitetdə qeydiyyatdan keçdikdən sonra qızımdan xəbər ala bilmədim. İtkin düşdüyü üçün axtarışa verilmişdi. Əgər belə bir hadisədə əli varsa, cənazəsini qəbul etmirəm”. (musavat.com)