Xədicə İsmayılın məhbəsdə tərcümə etdiyi “Çakaranda ağacının uşaqları”adlı kitabın təqdimatı keçirilib.

Martın 13-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında jurnalist Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı keçirilib. Tədbirin təşkilatçısı NİDA vətəndaş hərəkatı idi.
Xədicə İsmayılın məhbəsdə tərcümə etdiyi “Çakaranda ağacının uşaqları” İranın məhşur Evin həbsxanasında 1983-cü ildə doğulmuş Səhər Dilicaninin əsəridir.
загружено (12)
Təqdimat mərasiminə ölkədənin tanınmış ictimai-siyasi xadimləri və fəallar qatılmışdılar.
Kitabın redaktoru Elnur Astanbəyli tədbiri açaraq Xədicə İsmayılın həbsxanadan göndərdiyi məktubu oxuyub.
 
“Çox sağ olun ki, mənim seçimimi bəyənib, bu kitaba maraq göstərdiniz.
 
Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəsilə keçdiyini göstərir. Ən önəmlisi, elə davalar var ki, gələcək nəsillərə ötürülməlidir!
 
Bir gün hər iki tərəfdə olanların uşaqları eyni problemlərin məngənəsində qala bilər. Evin həbsxanasından fərqli olaraq, başqa siyasi məhbuslarla ünsiyyətdən mərhumam. Həbsxanadakı insanların çoxu mənimlə eyni dəyərləri bölüşmürlər və ya heç vaxt o dəyərlər üçün mübarizədə olmayıblar.
Məni anlamaq onlar üçün çətindir. Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı-savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir: Biz hamımız ədalətin olmadığı ölkədə yaçayırıq.
 
Çətin olanı insanlara və gələcəyə inamı itirməməkdir.11108
 
İnsanlığı və sevgini unutmamağı hamınıza arzulayiram. Gələcək bu sevgini itirməyənlərindir.”, – deyə X.İsmayıl məktubunda qeyd edib.