Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qətiyyətlə pisləyib.

Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qətiyyətlə pisləyib və çoxlu sayda insan ölümünə görə Türkiyə xalqına başsağlığı verib. Modern.az saytı RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.загружено (11)

“Rusiya prezidenti Ankaradakı qeyri-insani terakt nəticəsində həlak olanların ailələrinə, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə şəfa tapmalarını arzulayır”, – deyə mətbuat katibi vurğulayıb.