Hər ay təxminən 3 min iraqlı Almaniyadan öz vətəninə qayıdır”.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
“Bu tendensiya şəhər İŞİD-dən təmizləndiyi zaman daha da genişlənəcək. Buna görə də suriya və İraqda qırğına son vermək və stamillliyi təmin etmək lazımdır”, – deyə kansler əlavə edib.
A. Merkel Suriya münaqişəsi ilə bağlı Cenevrə danışıqlarının keçirilməsini vacib saydığını, bunun insanlara öz ölkələrinə qayıtmaları üçün ümid verdiyini də vurğulayıb.