”Prezident İlham Əliyev müstəqil jurnalistlərə və müstəqil qeyri-hökümət təşkilatlarına qarşı fasiləsiz təziq kampaniyası aparır”

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç bu vəzifədə olduğu altı il ərzində qurumun 57 üzv ölkəsində mətbuat azadlığının pisləşdiyini deyir. Bu barədə Karneqi Fondunun saytında Cudi Dempsey yazır.

Miyatoviç martın 10-da vəzifədən gedir. O, müəllifə deyib ki, media azadlığının getdikcə daha artıq təhlükəyə məruz qaldığını düşünür və bu dəyəri müdafiə etmək demokratik hökumətlərin boynuna düşür: «Ancaq Orta Asiyada buna əməl etmirlər. Burada media çox zəif durumdadır. Vaxtilə regionda bu mənada öndə gedən Qırğızıstanda media azadlığına təhlükə yaranıb».images (38)

Miyatoviç Azərbaycandan da danışıb. Deyib ki, prezident İlham Əliyev müstəqil jurnalistlərə və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı fasiləsiz təzyiq kampaniyası aparıb, onlarla fəal hazırda dəmir barmaqlıqlar arxasındadır.