Türk hakerlər Ermənistan Mərkəzi bankının rəsmi internet səhifəsini dağıdaraq Azərbaycana jest edıblər

“Aslan Neferler Tim” adlı haker qrupu Ermənistan Mərkəzi bankının saytına girişi dayandırıblar.

Türk hakerlər Ermənistan Mərkəzi bankının rəsmi internet səhifəsini dağıdıblar. ANS PRESS-in məlumatına görə, “Aslan Neferler Tim” adlı haker qrupu Mərkəzi bankın internet saytına girişi dayandırıblar.загружено (17)

Bu barədə social şəbəkələrdə məlumat yayan qrup bu addımı azərbaycanlı qardaşlar üçün atdıqlarını bildiriblər.

“Azərbaycanlı qardaşlarımız üçün Ermənistan Mərkəzi bankının rəsmi internet saytına girişin qarşısını aldıq.” – deyə qrupun açıqlamasında bildirilir.

“Aslan Neferler Tim” qruou bir müddət əvvəl dünyanın ən məşhur haker qruplarından olan “Anonymous”un saytını dağıdaraq bütün dünyanın təəccübünə səbəb olmuşdular.