Avropa Birliyinin Türkiyədən Avropada sığınacaq ala bilməyən qaçqınları geri almasını xahiş edəcəyi gözlənilir.

Avropa Birliyinin liderləri miqrant böhranı ilə bağlı Brüsseldə keçirilən sammiti uzatmaq qərarına gəliblər.

Buna səbəb Türkiyənin baş naziri Ahmet Davutoglunun martın 7-də sammitdə böhranın həlli ilə bağlı yeni təklif verməsi olub.images (37)

Bunu jurnalistlərə Davutoglunun sözçüsü deyib.Amma o yeni təklifin detallarına aydınlıq gətirməyib. Təkcə onu qeyd edib ki, Türkiyənin Avropa Birliyinə qəbulu Türkiyə nümayəndə heyəti üçün problemlərdən biridir.