Azadlıqdan məhrum edilən gənc günahsız olduğunu bildirərək, qolunu doğradı

Sevda Ələkbərova: «Bu işə yenidən baxıb ədalətli qərar çıxarmasalar, özümü MTN-in qarşısında yandıracağam

Paytaxtın Qaraçuxur qəsəbəsindəki “Cümə” məscidində törədilən yanğınla bağlı aylardır davam edən məhkəmə prosesi başa çatıb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bu işdə təqsirləndirilən iki nəfərə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərdən biri Elnur Ələkbərov 15 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Namiq Nəsibovun 1 saylı psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərilməsinə qərar verilib.

Bu iş üzrə məhkəmə prosesinə sədrlik edən hakim Rauf Əliyev hökmü oxuyarkən Elnur Ələkbərov günahsız olduğunu bildirib və hökmə etiraz olaraq, qəfildən üzərindəolan ülgüclə sol qolunu kəsib.

Elnur Ələkbərovun vəkili Namiq Hacıyev “Azadlıq”a açıqlamasında bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək.

Bu işdə Bəylər Əyyubovun da adı hallanır

Elnur Ələkbərovun anası Sevda Ələkbərova da oğlunun günahsız olduğunu deyir. Sevda xanım “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, əgər oğlunun işinəyenidən baxıb, ədalətli qərar çıxarmasalar, Prezident Aparatının və ya MTN-in qarşısında özünü yandıracaq: “Onsuz da bir oğlum vardı, o da günahsız getdi…”

Sevda Ələkbərova oğlunun həbsində MTN əməkdaşlarını ittiham edib: “Mənim oğlum heç toyuq başı kəsmir, qalmışdı məsdic yandırmaq olsun… Oğluma orada eləişgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. Hətta onu dindirməyə də sürünə-sürünə aparıblar. Elnuru elə görəndə müstəntiq VüqarƏliyevə dedim ki, bu nədir, uşağımı bu günə niyə qoymusuz? Dedi ki, yıxılıb, ayağı burxulub. Bu adamı aparıb-gətirəndə ikisi qarşısında gedir, ikisi də arxasında, necəoldu yıxıldı? Elə özlərinə də dedim ki, ağacdan alma dərəndə yıxılıb?”

Ananın dediyinə görə, bu iş üzrə istintaq dövründə müvafiq orqanlara şikayət etməsinəimkan verilməyib: “Müstəntiq barmağını ağzına tutub dedi ki, sakit olun, bu iş danışılıb, Bəylər müəllim (Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri BəylərƏyyubov nəzərdə tutulur-red.) zəng eləyib, tapşırıb, bayrama qədər oğlun evindəolacaq. Gördüm ki, buraxmadılar, şikayət yazanda Elnura MTN-dən zəng elətdirdilər. O da dedi ki, ”ana, narahat olma, Bəylər müəllim tapşırıb”. Dedim ki, ay bala, Bəylər müəllimin adını çəkmə. Cavab verdi ki, “ay ana, bura MTN-dir, buradakıların xəbəri olmasa, mən onun adını çəkə bilərəm?! Beləcə, prezidentə səsimi çatdırmağa qoymadılar”.

Sevda Ələkbərova iddia edir ki, oğlu həbs olunarkən ondan 600 min pul istəyiblər: “O da deyib ki, məndə 600 min hardandır? Ona deyiblər ki, ”sizin arxanızda yaxşı adamlarınız var, lazım olsa, taparlar”.

Oğlunun Hepatit C-dən əziyyət çəkdiyini deyən Sevda Ələkbərova əlavə edib ki, Elnur üzləşdiyi haqsızlıqlara etiraz olaraq, təxminən ay yarım əvvəl istintaq təcridxanada da intihara cəhd edib: “Qarnını doğradı, çünki haqsızlığa artıq dözə bilmir. Götürüb o vəziyyətdə onu ”karsa” salmışdılar. Mənim oğlumun yeganə günahı Namiq Nəsibovu tanımasıdır. Elnur hardan bilsin ki, o, məscidi yandırmağa gedib? Namiq Suriyaya gedib-gəlmiş, anlaqsız adamdır. Mən ölkəmin biabır olmasını istəmirəm, amma beləgetsə, bütün bunları, verilən işgəncələri Türkiyə mətbuatına da çıxaracağam”.

Cümə” məscidində yanğın 2014-cü il noyabrın 26-da baş verib. Namiq Nəsibov vəElnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur. Cinayət işinin images (36)materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olanərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.