Martın 7-də narkotiklə şərlənərək həbs edilmiş AXCP fəalının məhkəməsi başlayır

AXCP Gənclər Komitəsinin fəalı, Yevlaxda həbs edilmiş Ceyhun İsgəndərlinin məhkəməsinin vaxtı bəlli olub. Partiyadan azadliq.info-ya verilən məlumata görə, C.İsgəndərli martın 7-i məhkəmə qarşısına çıxarılacaq. Yevlax Rayon Məhkəməsində keçiriləcək proses saat 15.00-da başlamalıdır.

Xatırladaq ki, AXCP-nin Bakıda, Nəsimi rayon şöbəsində qeydiyyatda olan C.İsgəndərli yanvarın 22-də Yevlaxın Qaroğlan kəndində ailəsinin yaşadığı evdən faktiki oğurlanıb. Belə ki, onu saxlayaraq Yevlax Polis Şöbəsinə aparsalar da, bu barədə ailəsinə xəbər verməyiblər. Ailəsini C.İsgəndəlinin özü bir gün sonra gizlincə zəng vuraraq, məlumatlandıra bilib ki, onu Yevlax polisi saxlayıb və narkotiklə şərlənir.images (35)