ABŞ Xarici İşlər Naziri John Kerry, İranla müzakirələr üçün son tarixi verdi

swewABŞ Xarici İşlər Naziri John Kerry, İranla həyata keçirilən nüvə müzakirələri ilə əlaqədar, 7 İyula qədər razılığa gəlinməməsi halında masanı tərk edəcəklərini söylədi.

Kerry, Avstriyanın paytaxtı Vyanada nüvə müzakirələrinin aparıldığı Coburg Oteldə qarşısında mətbuat konfransı təşkil etdi. Bəzi media orqanlarında müzakirələrlə əlaqədar fərziyyələrin edildiyini və bu səbəblə açıqlama etmə ehtiyacı olduğunu ifadə edən Kerry, səmimi irəliləmə qeyd etdiklərini ancaq hələ də razılaşmaya çatma nöqtəsində olmadıqlarını ifadə etdi. Kerry, “Hələ ehtiyacımız olan nöqtədə deyilik. Çox çətin problemlər var” dedi.
Razılaşmaya heç bu qədər yaxın olmadıqlarını deyən Kerry, həll edilə bilməyən problemlər səbəbiylə müzakirələrin hər iki istiqamətə də gedə biləcəyini vurğuladı. Kerry, “İndi, razılaşmağa yaxınlaşıb yaxınlaşmayacağımızı görmək vaxtıdır” ifadəsini bildirdi.
ABŞ-ın hər hansı bir razılaşma deyil, yaxşı bir razılaşmadan yana olduğunu təkrarlayan Kerry, “Bir neçə gün içində çətin seçkilər sürətlə edilsə bu həftə razılığa nail ola bilərik. Lakin bunlar hələ də edilmədi” deyə danışdı.
Nüvə bomba istehsalına gedən yolun qarşısını almaq istədiklərini vurğulayan Kerry, sözlərini belə davam etdi:
“Razılaşmanın təmin edilə bilməməsi halında Obamanın hər zaman söylədiyi kimi masanı tərk etməyə hazırlaşacağıq. Bunu heç kim istəməz. Biz razılığa gəlmək istəyirik” dedi.
İran xarici işlər nazirinin müavini Abbas Arakçi də bir televiziya kanalına etdiyi aşıqlamada, qırmızı xəttlərinin qəbul edilməməsi halında müzakirə masasını tərk edə biləcəklərinin mesajını vermişdi.
Müzakirələrdə İran, sanksiyaların qaldırılmasını istəyərkən ABŞ, İranın hərbi obyektlərinin nəzarətinə, elm adamları ilə görüş və keçmişdə edilən nüvə fəaliyyətlərin olabiləcək hərbi ölçüsüylə əlaqədar məlumat verilməsinə israr edir.
Müzakirələrdə 7 İyula qədər razılığa gəlmək gözlənilir.

Mətləb BALAKİŞİYEV