Almaniya Bundestaqının deputatları “erməni soyqırımı” barədə qətnaməni geri qaytarıb.

 

Almaniya Bundestaqının deputatları “erməni soyqırımı”  barədə qətnaməni geri qaytarıb. Qətnamə  Almaniyanın Yaşıllar partiyasının lideri türk əsili  Cem Özdəmir tərəfindən hazırlanmışdı.

Alman deputatlar qətnamə layihəsinin geri qaytarılmasına səbəb kimi onun natamam olmasını göstəriblər. Bundestaq nümayəndələri  Cem Özdəmirə bildiriblər ki, layihə parlamentin bütün siyasi gücləri və fraksiyaları ilə razılaşdırılmalıdır. Onlar layihənin vahid sənəd şəklində rəsmiləşdirmək barədə qərar qəbul ediblər. Sənəd növbəti dəfə qondarma soyqırımın baş verdiyi günə qədər səsverməyə çıxarılmalıdır.

Özdəmir bildirib ki, bu sənəd  bütün xristian kilsələrinin nümayəndələri  tərəfindən təsdiq edilib. “Onların hamısını bir arzu birləşdirir. Çünki 100 il bundan əvvəl Osmanlı imperiyasında ermənilarə qarşı edilənlər “soyqırım” idi. Ona görə də belə adlandırılmalıdır”,-deyə almaniyalı deputat bildirib.images (26)

        Türk əsilli siyasətçi  qondarma soyqırıma görə, almanları da ittiham etməkdən çəkinməyib. O əlavə edib ki, almanlar Birinci Dünya Müharibəsində Osmanlı Türkiyəsi ilə  müttəfiq idilər. “Bu səbəbdən  öz günah paylarını qəbul etməlidirlər. Almaniya “soyqırımı” yaşayan nəsillərlə  bu yükü çəkməli və həmçinin erməni-türk barışığına kömək etməlidir”, – deyə Özdəmir bildirib.

Özdəmir türk əsilli alman siyasətçidir. Amma onun siyasi mövqeyi türklər tərəfindən birmənalı qarşılanmır. Çünki o qondarma soyqırımın tanınmasının tərəfindədir. 1981-ci ildən Yaşıllar Partiyasının üzvü olan Cem Özdəmir  siyasi fəaliyyəti boyu erməni “soyqırımını” müdafiə edib. Hazırda Yaşıllar Partiyasının lideridir. O,  Türkiyədə keçirilən seçkilərdə kürdləri təmsil edən Xalqların Demokrat Partiyasına səs istəyib.

O, Ermənistan səfəri zamanı paytaxt İrəvanda yerləşən qondarma soyqırım abidəsinə çələng qoyub. Türkiyə vətəndaşları onu “erməni soyqırımı” abidəsinə çələng qoyan ilk türk kimi xatırlayır (ans pre)

 

.