Avropa İttifaqı və Balkan ölkələrindən olan nazirlər Brüsseldə görüşərək miqrant böhranı ilə bağlı fikir ayrılğını həllə etməyə çalışırlar.
Avstriya, Serbiya və Makedoniya miqrantların girişini məhdudlaşdırmaq üçün addımlar atıb.
Yunanıstan digər Avropa ölkərəi tərəfindən nəzarətin gücləndirilməsinin, miqrantların Yunanıstanda qalmasına gətirib çıxaracağından narahatdır.
Miqrant axını ilə bağlı fikir ayrılığı Aİ-nin miqrasiya siyasətilə ilə bağlı gərginliyi artırır.
Bu il Avropaya 100 mindən çox miqrant gəlib. Onların əksəriyyəti Balkan yarımadasından keçib.
Avropa İttifaqı Şurası prezidenti Donald Tusk xəbərdarlıq edir ki, böhranın həllinin uzanması Britaniyanın Aİ-ni tərk etməsinə gətirib çıxara bilər
Brüsseldə görüşən Aİ daxili işlər nazirləri Avstriya və səkkiz Balkan ölkəsi tərəfindən
miqrant axınının məhdudlaşdırılmasına dair hazırlanmış planları dinləyəcəklər.
Təklif olunan tədbirlər arasında sərhədi keçən hər kəsin barmaq izlərinin götürülməsi və pasportu olmayan və ya saxta sənədli hər kəsi geri qaytarmaq da var.
Ölkələr yalnız müdafiəyə ehtiyacı olan şəxslərin qəbul olunmasına niyyətlidirlər. Bəzi ölkələr bunun yalnız suriyalı və iraqlı qaçqınlar olduğunu düşünürlər.
Makedoniya həftə sonu Yunanıstanla sərhədində tədbirlər görməyə başlayıb. Makedoniya miqrantların əkəsəriyyətini təşkil edən əfqanların ölkəyə girişinə qadağa qoyub.
Keçən sentyabr ayında Aİ nazirləri İtaliya, Yunanıstan və Macarıstandakı 120 min miqrantın Aİ ölkələri arasında bölüşdürülməsinə razılaşıblar
Lakin Rumıniya, Çex Respublikası, Slovakiya və Macarıstan əksəriyyətin razılaşdığı qərara qarşı çıxıb
Çərşənbə günü Macarıstan Aİ-nin məcburi miqrant kvotalarına dair referendum keçirəcəyini bildirib.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, kvotalar “Avropanın mədəni və dini kimliyini yenidən müəyyənləşdirə bilər”.
Referendum, parlamentdə təsdiq ediləcəyi təqdirdə payızda keçiriləcək.
Bu il Avropaya gəlmək istəyən 400-dən çox miqrant həlak olub, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) bildirib.
(BBC)