AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü İlkin İsmayıllı uzun zamandır siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalır. 2014-cü ilin noyabr ayında artıq bir dəfə “polisə müqavimət” maddəsiylə şərlənərək həbs edilib. Həbsdən çıxdıqdan sonra də ailəsinə və yaxınlarına təzyiqlər davam edib.
Yaxınlarına bildiriblər ki, İlkin siyasi fəaliyyətini davam etdirəcəyi təqdirdə onlar iş yerlərini itirəcəklər. Bir müddət əvvəl isə telefonuna zəng edərək həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib. Bu gün isə Xətai rayonu, 35-ci polis bölməsinin sahə rəisi “profilaktik” söhbət üçün İlkini yanına çağırıb.
Ancaq İlkin getməkdən imtina edib və bu barədə “facebook” statusunda məlumat verib. Qeyd edək ki, ötən dəfə də İlkin “profilaktik söhbət” adıyla bölməyə çağırılaraq “polisə müqavimət” itthamıyla həbs edilmişdi.
AXCP Gənclər Komitəsi bəyan edir ki, İlkin İsmayıllı siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalır və bu gəncləri siyasi fəaliyyətdən kənarlaşdırmaq üçün növbəti mürtəce addımdır.