Formula-1” rəhbərindən ilginc təklif: Vladimir Putin bütün Avropanı idarə etməlidir.
Moderator.az xarici mətbuata istinadən yazır ki, “Formula-1”-in rəhbəri Berni Ekklstoun Vladmir Putniə qibtə etdiyini etiraf edib. Onun fikrincə, Putin Rusiyanı deyil, ümumiyyətlə Avropaya rəhbərlik edə biləcək şəxsdir.
“O Suriyada baş verən proseslərdən yaxşı anlayır və o nə edirsə düzgün hesab etdiyi üçün yaxşı edir. Bununla da mövqeyini ortaya qoyur”,-B.Ekklstoun qeyd edib.
B. Ekklstoun əlavə edib ki, o demokratiyanı o qədər də sevmir. Çünki bu yolla heç də hər şeyə nail olmaq olmur.
B. Eklastoun bir daha bəyan edib ki, Putin bütün Avropaya rəhbərlik etməlidir: “Cənab Putin vaxtını Rusiyada keçirir. Ona Avropanı idarə etmək lazımdır. Çünki ondan başqası yoxdur”.