Türkiyə pomidorı Azərbaycan pomidoru adi altında…

Bu gün Azərbaycanın Rusiya ilə sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri tərəfindən 22 ton fındığın qonşu ölkəyə keçməsinin qarşısı alınıb. Bu barədə idarənin mətbuat xidməti bildirir.

Virtualaz.org xəbər verir ki, fındıq yüklü TIR Azərbaycan ərazisindən keçməklə Rusiyadan tranzit olaraq İtaliyaya getməli idi.

Lakin “Rosselxoznadzor”un müffətişləri malın fitosanitar nəzarət normalarının pozulduğunu əsas gətirərək saxlanıldığını deyiblər. Yoxlama zamanı müəyyən olunub ki, yükün fitosanitar sertifikatında fındığın Azərbaycan mənşəli olduğu göstərilib. Əslində isə fındıq Türkiyə mənşəli olub. Bununla da yükün sahibi “Biki karantini” haqda qanunu pozub və inzibatı məsuliyyətə cəlb olunubimages (18)

Bundan qabaq “Rosselxoznadzor” Azərbaycanı Türkiyə mənşəli pomidorları “Azərbaycan malı” kimi Rusiyaya ötürməkdə ittiham etmişdir. Rusiya hökumətinin strukturu iddia edir ki, yanvar ayında Azərbaycandan Rusiyaya göndərilən pomidorun həcmi birdən-birə dörd dəfə artıb. Bu isə məhsulun əslində Türkiyədən gətirildiyini və Azərbaycan malı adı altında Rusiya bazarına daxil olduğunu deməyə əsas verir.

“Rosselxoznadzor” məsələni araşdırmaq üçün Azərbaycana müfəttişlər göndərilə biləcəyini açıqlamışdı. Lakin Azərbaycan tərəfi bu ittihamı rədd edib və Rusiyaya Türkiyə mənşəli pomidorların göndərilməsini təşkil etmədiyini bildirib. Sadəcə olaraq yanvar ayında Azərbaycanda istixanalarda məhsulun yetişdiyi vaxtdır və nəticədə Rusiyaya pomidor ixracında kəskin artım yaşanıb.

Xəbər verildiyi kimi Rusiya Türkiyə istehsalı olan meyvə-tərəvəzin ölkədə gətirilməsinə qadağa qoyub. Göründüyü kimi Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi ticarət embaqolarından Azərbaycan da artıq ziyan çəkməyə başlayıb və indi Azərbaycan istehsalçıları istehsal etdikləri məhsulların Türkiyə mənşəli olmadığını “Rosselxoznadzor”a sübut etməlidir. Əks halda onların mallarını sərhəddə saxlaya və geri qaytara, yaxud müsadirə edə bilərl                     Mirzə Xəzərin Səsi