Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığ
ortasında ciddi dəyişiklik baş verib. Söhbət “İcbari sığortalar haqqında” qanuna edilmiş dəyişikliklərin qüvvəyə minməsindən gedir. Bununla bağlı artıq Prezident İlham Əliyev sərəncam imzalayıb. Yeni qanuna görə, bundan sonra müştərisinin mülki məsuliyyətini icbari qaydada sığortalayan şirkət başqa sürücüyə deyil, elə öz müştərisinə dəymiş ziyanı ödəyəcək.