Fransa xarici işlər naziri Laurant Fabius, müzakirələrdə ortaya çıxacaq razılaşmanın İranın nüvə bombası çıxarmasına maneə törətməsinə lazım olduğunu söylədi.
Fabius, İran ilə nüvə müzakirələrin aparıldığı Vyanadakı oteldən ayrılarkən jurnalistlərə etdiyi açıqlamada, İran ilə böyük güclər arasında əhatəli bir razılaşma əldə etmək üçün bir neçə gün içərisində bir irəliləyiş təmin edilməsini ümid etdiyini söylədi.
Önümüzdəki bazar günü yenidən Vyanaya dönəcəyini ifadə edən Fabius, “Bir az irəliləmə var lakin müzakirələrin sonunda deyilik” dedi.
Güclü bir müqaviləni təmin edəcək qəti bir həllin olmasına ümid etdiyini ifadə edən Fabius, “Ediləcək razılaşma İranın qeyri-nüvə tutumuna icazə verməlidir, atom bombası istehsalına deyil. Bu Fransanın başından bəri sahib olduğu mövqeyidir” deyə danışdı.
İran ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Fransa və İngiltərə ilə Almaniyadan ibarət 5 + 1 ölkələri arasında hərtərəfli anlaşma mətninin yazılması məqsədiylə həyata keçirilən müzakirələrin 7 İyula qədər davam etməsi gözlənilir .
İran sanksiyaların qaldırılması, 5 + 1 ölkələri isə yoxlamaları artırılması məqsədi ilə müzakirəyə qatılır.
İranın nüvə fəaliyyətlərinin tamamilə nəzarət altına alına bilməsi üçün daha möhkəm bir yoxlama mexanizmi qurulması üzərində çalışıldığı ifadə edilir.
Mətləb BALAKİŞİYEV