AB Belarusa qarşı sanksiyaları aradan qaldırdı

Avropa Birliyi Belarusa qarşı sanksiyaların əksəriyyətini qaldırmaq qərarına gəlib. Qərar fevralın 15-də xarici işlər nazirlərinin Brüssel görüşündə əldə olunub. Söhbət prezident Lukaşenko da daxil olmaqla Belarus rəsmilərinə qarşı viza qadağası və bank hesablarının dondurulmasından gedir.images (6)

Bu, son vaxtlar Avropa Birliyi ilə Minsk arasında münasibətlərin istiləşməsi fonunda baş verir.

Belarus rəhbərliyi ötən il siyasi məhbusların azad edilməsi və Ukrayna münaqişəsinin həllində roluna görə Qərbin rəğbətini qazanıb.

Amma Belarusa qarşı silah embarqosu qüvvədə qalır.