Azərbaycan ən çətin viza verən 10 dövlətdən biridir.

     Azərbaycan viza almaq üçün ən böyük problemlərin yaşandığı 10 dövlətdən biridir

Böyük Britaniyanın tanınmış “Vanderlust” səyahət jurnalı dünya ölkələri içərisində viza almaqla bağlı ən böyük problemlərin yaşandığı 10 ölkənin siyahısını dərc edib. Həmin siyahıda Azərbaycanın da adı var.

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində bu məsələ barədзагружено (7)ə yazıb. “Hökumət hər fürsətdə elan etmir ki, məqsədi ölkəyə xarici investisiya cəlb etməkdir? Elan etmirlər ki, ölkədə turizmi inkişaf etdirmək əsas prioritetlərdən biridir? Indi də məlum olur ki, Azərbaycan ən çətin viza verən 10 dövlətdən biridir. Bəs fikirləşmirlər ki, ölkənin bütün qapılarını həbsxana qapıları kimi möhkəm-möhkəm bağladıqdan sonra bu ölkəyə xarici investor necə gəlsin və niyə gəlsin? Yüksək qiymətlərə görə onsuz da cəlbedici olmayan ölkəmizə viza almaq üçün xarici turistlər niyə aylarla mübarizəaparsın? Bu dəfə bunların hərəkətinə mən qiymət verməyim, siz deyin, bu hökumət nəistədiyini, nəyi və necə edəcəyini özü bilirmi? Nə istədiyini özü də anlamayan bir hökumət ölkəni böhrandan çıxara bilərmi?”, -deyə AXCP sədri bildirib.