Artıq bir neçə Avropa tankeri neftlə təchiz olunub. “RT” telekanalının məlumatına görə, qarşıdakı 24 saat ərzində isə, daha 3 tankerin neftlə yüklənəcəyi və Avropaya yola düşəcəyi gözlənilir.
İranın Avropa ilə neft ticarəti Tehrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından bir ay sonra mümkün olub. Neft nazirinin müavini Rükunəddin Cavadi hadisəni İranın neft sənayesində “yeni səhifə” adlandrib