Tiflisdən Qərbə Rusiya xəbərdarlığı

Avropaya inteqrasiya məsələsində istənilən uğursuzluq rusiyayönlü qüvvələr tərəfindən istifadə ediləcək. img2007751
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.
Onun sözlərinə görə, məhz bunun üçün Gürcüstanın bütün uğurları avropalı liderlər tərəfindən maksimal şəkildə dəyərləndirilməlidir.
Qeyd edək ki, eks-prezident Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Avropaya sürətli inteqrasiya siyasəti Moskva ilə Tiflisin münasibətlərinin pozulmasına səbəb olub. Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması bu münasibətləri tamam kəsib. Üstəlik, Gürcüstan mətbuatının iddiasına görə, Moskva son illər eks-spiker Nino Burcanadze və digər rusiyayönlü siyasətçilərin hakimiyyətə gəlməsi üçün onlara maliyyə dəstəyini artırıb.