İsveçrənin Ticina əyalətindəki yeni qanuna görə müsəlman qadınlarının xalq içərisində hicab geyinməsi qadağan olunmuşdur.
Keçdiyimiz günlərdə təsdiqlənən yeni qanuna görə İsveçrənin Ticina əyalətində müsəlman qadınlarının xalq içərisində hicab geyinməsi qadağan edildi. Yeni qanunun ne zaman qüvvəyə minəcəyi dəqiq bilinmir, amma qanun qüvvəyə mindiyi təqdirdə xalq içərisində hicab geyinən müsəlman qadınlar 10 min dollarlıq bir cəza ödəmə məcburiyyətində qalacaqlar. Hicaba əlavə olaraq, ölkədəki müsəlman qadınlarının istifadə etdiyi üzü bağlayan niqabın da qadağan edilməsi üçün bir qanun hazırlanmışdır, ancaq bu qanun layihəsi təsdiq görmədi. Milli Parlament, qərarların ardından etdiyi şəhrdə yeni qanunun ölkədəki federal qanuna uyğunsuzluq göstərmədiyini bildirdi.
Buna bənzər bir tətbiq Fransada 2011-ci ildə olmuşdu, qərar daha sonradan Avropa İnsan Hüquqları Məhkəməsinə aparılmışdı. Qərarın AİHM tərəfindən təstiqlənməsinin ardından qanun haqqında qlobal müzakirələr ortaya çıxmışdı.
Elamin Kazımov