Qalatasaray klubu, futbol komandasının baş məşqçisi Həmzə Hamzaoğlu ilə yollarını ayırdığını açıqladı. Sarı-qırmızılı klubun internet saytından edilən açıqlamada, “Qalatasaray Futbol Komandası baş məşqçisi hörmətli Həmzə Hamzaoğlunun müqaviləsi, əldə olunan qarşılıqlı razılaşma çərçivəsində sonlandırılmışdır. Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, özünə bundan sonrakı karyerasında uğurlar diləyirik” fikirləri yer aldı.
Qalatasaray klubu ümumi sekretarı Fatih İşbecər də AA müxbirinə etdiyi açıqlamada, Haəmzəoğlu ilə bu gün bir araya gəldiklərini ifadə edərək, “Həmzəoğlu ilə bu gün dostcasına bir görüş etdik. Qarşılıqlı razılaşaraq, yollarımızı ayırma qərarı verdik. Mövzunun səbəblərini hal-hazırda paylaşmaq istəmirəm” deyə bildirdi.
İşbecər, baş məşqçi axtarışlarına ən qısa müddətdə başlayacaqlarını qeyd etdi.
Elnur ORUCLU