Fransadakı Silahlı Təcavüzkarlardan Biri Fransa Vətandaşı Olub.

Parisdə dünən axşam saatlarında konsert zalı, stadion, restoran və barlara qarşı koordinasiyalı şəkildə təşkil olunan terror hücumlarında ölü sayının 129 olduğu açıqlanıb. Paris Prokuroru Fransua Molins keçirdiyi mətbuat konfransında həyatını itirənlərin sayının 129 olduğunu və 99u ağır olmaqla 352 nəfərin də yaralandığını söylədi. Qətliamın fəsadlarının arta biləcəyini ifadə edən Prokuror Molins, ağır silahlı və üzərilərində partlayıcı maddələr olan 7 terroristin də məhv edildiyini deyib.1153086_620x410

Qətliamın təfsilatları barədə məlumat verən Prokuror Molins, təcavüzkarlardan birinin Parisin 25 kilometr cənubundakı Courcouronnes bölgəsindən 30 yaşında bir Fransız olduğunu ifadə etdi. Molins, adı açıqlanmayan bu Fransız vətəndaşının daha əvvəl təhlükəsizlik qüvvələri tərəfindən radikallığına dair hesabat edildiyi ancaq terrorla mübarizə çərçivəsində araşdırılmadığını bildirib. Bir canlı bombanın yanında isə Suriya pasportunun olduğunu qeyd edən Molins, 25 yaşlı bu terrorçunun Fransız təhlükəsizlik qüvvələri tərəfindən tanınmadığına diqqət çəkdi. Yunan orqanları tərəfindən edilən açıqlamada isə Suriya pasportu daşıyan təcavüzkarın Leros Adasından 3 Oktyabrda Yunanıstana girdiyini və buradan Fransaya getdiyi bildirib.

Eyni zamanda, Fransa Prezidenti bu gün verdiyi bəyanatla dünəndən bu yana düşüncələrdəki böyük sual işarəsini də aradan qaldırıb. Hollande, “Hücumları IŞİD həyata keçirib” şəklində açıqlama edib.

Sərhədlərin bağlanma qərarı ilə birlikdə həftə sonu planlaşdırılan tədris gəzintiləri də ləğv edilib. Məktəb və universitet binaları sabah qapalı qalarkən, konsertlər və digər aksiyalar təxirə salınıb. Eyni zamanda görülən tədbirlər çərçivəsində təhlükəli olaraq görülən şəxslər, birbaşa məhkəməyə çağırılacaqlar. Həmçinin bügünkü siyasi toplantı və mitinqlər təhlükəsizlik tədbirləri çərçivəsində təxirə salınarkən, şübhəli şəxslərin evləri məhkəmə qərarı olmadan polis tərəfindən axtarıla biləcək.

 

Mətləb BALAKİŞİYEV