Rusiya Prokurorluğunun, Litva, Latviya və Estoniyanın müstəqilliyinə bağlı qanuni tənzimləməni araşdırmağa başlamasına Baltik ölkələrindən sərt reaksiya gəldi
Rusiya Federasiyası Prokurorluğunun, Sovet Birliyi tərəfindən Litva, Latviya və Estoniyanın müstəqilliyinin tanınmasına dair qanuni tənzimləməni araşdırmağa başlamasına Baltik ölkələri sərt reaksiya göstərdi.
Litva xarici işlər naziri Linas Linkevicius, jurnalistlərə etdiyi açıqlamada, Rusiya Baş prokurorluğunun Baltik dövlətlərinin müstəqilliyinin qanuni olub olmadığı istiqamətindəki araşdırmasını “təxribat” olaraq xarakterizə etdi.
Linkevicius, “Əslində bu bir qanuni, əxlaqi və siyasi axmaqlıqdır. Təəssüf ki, son zamanlarda bu cür tədbirlər təkrarlanır. Ümid edirəm ki, yaxın zamanda bu mənasız və axmaq vəziyyətdən xilas olarıq” dedi. Hadisə ilə əlaqədar Latviya və Estoniya xarici işlər nazirlikləri tərəfindən edilən rəsmi açıqlamada, “Rusiyada başladılan cəhd tamamilə qəbul edilə bilməz və absurddur” ifadəsinə yer verildi.
Baltik ölkələri müstəqilliklərini 1990-ci ildə elan etmişdi. Rusiya isə 1991-ci ildə Litva, Latviya və Estoniyanın müstəqilliklərini tanımışdı. Rusiya Parlamentindəki iki millət vəkili Baltik ölkələrinin müstəqilliklərinin qanunlara zidd şəkildə reallaşdığını iddia edərək vəkillərin istintaq başlatması üçün müraciət etmişdi.
Mətləb BALAKİŞİYEV