Xebername.info xarici mətbuata əsasən xəbər verir ki, 14-15 yaşlarındakı bir qızda anidən hamiləlik əlamətləri başlayıb. Gənc qız, anasına israrla hamilə olmasının mümkün olmadığını iddia edib. Lakin zaman keçdikcə qızın qarnı böyüməyə davam edib.
Sonda ana kiçik bir qəsəbədə yaşayır olsalar da çıxacaq şayiələri nəzərə alaraq qızını xəstəxanaya aparıb. Ancaq çəkilən ultrasəsdən sonra qızın dediklərində səmimi olduğu aydın oldu.
Çünki bətnində son dərəcə böyük ölçülərə çatmış bir şiş aşkar ediləndə şişkinliyin və digər əlamətlərin əsl səbəbi ortaya çıxıb. Gənc qız, vaxt itirmədən, əməliyyata alınıb.
Həkimlər gənc qızın qarnını açanda gördükləri mənzərə qarşısında şok olublar. Çünki şiş hesab edilən şeyin iri bir səkkizayaqlı ilbiz olduğu ortaya çıxıb. Üstəlik, heyvan canlı idi. Hadisənin əsli sonradan aydın olub.
Qız, üç-dörd ay əvvəl ailəsiylə birlikdə okean kənarındakı bir qəsəbədə istirahət edibmiş. Səkkizayaqlı ilbiz yumurtaları da mikroskopik ölçülərdə olduğundan milyonda bir olacaq hadisə gənc qızın başına gəlib.
Güman edilir ki,qız üzərkən udduğu sularla bərabər bu yumurtalardan udubmuş. Məhz bunlardan biri də milyonda bir görüləcək şəkildə də olsa, qızın bədəninin içində yaşamağı, hətta böyüyüb inkişaf etməyi bacarmış.
Elnur ORUCLU