Uşaq Hüquqlarını Müdafiə Liqası Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mənim Azərbaycanım!!!” mobil puzl oyun layihəsini başa çatdırmışdır. Təşkilat bununla əlaqədar 25 oktyabr 2015-ci il tarixində təqdimat mərasimi keçirmişdir. Təqdimat mərasimində “Mənim Azərbaycanım!!!” mobil puzl oyun təqdim edilmiş və mərasim iştirakçılarına bu barədə ətraflı məlumat verilmişdir. Oyunun yerləşdiyi veb səhifə barədə ətraflı məlumat verilmişdir. Beləliklə Bu oyun haqqında ətraflı məlumat almaq və oynamaq istəyənlər aşağıda verilmiş veb səhifədən tanış ola bilərlər. Veb səhifənin ünvanı: http://menimazerbaycanim.org
Tədbirdən çəkilmiş video materialı sizlərə təqdim edirik.
Uşaq Hüquqlarını Müdafiə Liqası İB-nin Mətbuat xidməti