Bakıda polis bir gənci öldürdü

meyit-xestexanadaBakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xebername.info musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub.

Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi “Mercedes E-200” markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib.

M.Abıyevə tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

xebername.info