Azərbaycanlı gənc Rusiyanı heyran etdi. Anspress-in məlumatına görə, Emil Qədirov Rusiyanın Birinci kanalında yayımlanan məşhur “Qolos” layihəsində qalib gələrək növbəti tura keçib.
Aleksandra Streltsova ilə yarışan həmyerlimiz müsabiqədə çıxışı zamanı “Ne Uxodi” (Getmə) mahnısını ifa ediblər. Onların ifası münsiflərlə bərabər, tamaşaçıları da heyrətləndirib. Münsiflər heyəti seçimin çətin olduğunu, iki ifaçının da əla oxuduqlarını deyiblər. Qriqori Leps, Polina Qaqarina, Basta (Vasili Vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısında çıxış edən Emil Qədirov növbəti tura vəsiqə qazanıb.
Xatırladaq ki, Emil Qədirov müsabiqənin seçim mərhələsinə “Baila me” (“Mənim üçün rəqs et”) mahnısı ilə qatılmışdı. O ifasının ilk dəqiqələrindən səsi ilə münsifləri özünə cəlb edə bilib. Belə ki, ona Aleksandr Qradski və Basta səs veriblər. Nəticədə azərbaycanlı gənc Qradskinin komandasında davam etdirmək arzusunda olduğunu deyərək onu seçib.
22 yaşlı Emil Bakıda təhsil alıb. Musiqi məktəbini bitirib. 16 yaşında Belqoroda köçüb. Musiqi Akademiyasında təhsil alan və Bakıdan olan 22 yaşlı Emilin bariton səsi dahi azərbaycanlı sənətkar Müslüm Maqomayevə bənzədilir. O, həm də Tamara Sinyavskayanın ustad dərslərinin iştirakçısı olub.
https://youtu.be/STtOJRP0mOw
https://youtu.be/d6ziG02J_aw
https://youtu.be/zhEmBVZuGOc?list=PLwa0aKVa5boSGzDZabnyBvjm_v8jl5XEQ
xebername.info