Nazirliyin yeni təyin olunmuş rəisi işdən çıxarıldı

vidadi_memmedovAzərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.  

 

Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

 

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.   Xatırladaq ki, V. Məmmədov ötən ay – sentyabrın 17-də bu vəzifəyə təyinat almışdı.

 

xebername.info