Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə otelin təhlükəsizlik xidmətinin rəisi Emin Həmidov ifadə verib.
O bildirib ki, hadisə günü oteldə olmayıb: “Mənə işdən zəng edib dedilər ki, belə bir hadisə olub. Bizdə təhlükəsizlik xidmətinin 6 işçisi olub, amma heç biri idman zalına təhkim olunmur. Zalda da konkret post yoxdur. Otelin girişində nəzarətçi olur. Otelə gələn adamların silah və ya bıçaq keçirməsi ehtimalına qarşı yoxlama aparılmır”.
xebername.info