Ağ evin “qapıları” Medvedevin üzünə bağlandı

скачанные файлы (1)ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərliyi etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina edib. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Putinin Suriyada hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək təklifini “ümidsizlikdən doğan addım” adlandırıb. “Putinin bizim dəstəyimizi qazanmaq üçün hökumət başçısını ABŞ-a göndərmək niyyəti mənim üçün gözlənilməz olmadı. Ancaq biz bunu etməyəcəyik”, – deyə Ernest bildirib.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ İŞİD-lə mübarizədə beynəlxalq kampaniyaya Rusiyanın dəstəyini alqışlayardı. Ancaq Rusiya öz planı ilə hərəkət edir.

 

xebername.info

Siyasi şöbə