Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo avtomobili ilə qəza törədib.
Xebername.info “goal.az”-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Portu-Alleqri şəhərində avtomobilinin idarəetməsini itirib və qəza törədib. Xoşbəxtlikdən Ronaldinyo bu hadisədən xəsarətsiz qurtulub.
Qeyd edək ki, bir neçə gün öncə futbolçu “Fluminense” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu.
xebername.info