Beynəlxalq Valyuta Fonduna (BVF) olan 1,6 milyard Avroluq borcunu ödəyə bilməyərək sancılı bir dövrə girən Yunanıstan xalqına Papa Francescodan dəstək gəldi.
Iflasa uğrayan Yunanıstan ilə Avro Bölgəsi ölkələri və Avropa Mərkəzi Bankı arasında, üçüncü bir qurtarma paketi və mövcud borcların yenidən bərpa edilərək daha uzun müddətə yayılmasına bağlı müzakirələr davam edərkən, Papadan bu mövzuda bir açıqlama gəldi.
“Yunan xalqı ÜÇÜN DUA EDƏK”
Vatikan Mətbuat Spikeri Ata Federico Lombardi, “Yunanıstandan gələn xəbərlər, ölkənin iqtisadi və sosial vəziyyəti üçün narahatlıq verici” deyərkən, Papanın, xüsusilə ağır bir şəkildə insani və ictimai bir imtahandan keçən çox sayda ailəni düşünərək, Yunan xalqına yaxınlığını hiss etdirməyi arzu etdiyini açıqladı.
Lombardi, sözü gedən vəziyyəti “kompleks və acı verici” olaraq xarakterizə edən Papanın bu sözlərini jurnalistlərə bildirib:
“İnsan şəxsiyyətinin qüruru, məsul qərarlar alınmasında da olduğu kimi, hər cür siyasi və texniki müzakirənin mərkəzində yer almalıdır.”
Spiker həmçinin Papanın bütün inananları, “sevgili” Yunan xalqının yaxşılığı üçün dua etməyə dəvət etdiyini də ifadə etdi.
Mətləb BALAKİŞİYEV