Kontrol nöqtələrinə hücum etdilər.
Misirin Sina Yarımadasında nəzarət nöqtələrinə təşkil edilən hücumlarda ölən və yaralananlar olduğu bildirilir.
Şeyx Züveyd şəhərində bomba partladıldı. Təcavüzkarların bəziləri əsgərləri əsir aldı və zirehli vasitələri qaçırdı. Ölü sayının 50-ə yüksəldiyi bildirilir.
Reuters xəbərinə görə isə Misir ordusu beş-təhlükəsizlik nöqtəsinə birdən hücum edildiyini açıqladı. 10 əsgərin həyatını itirdiyini söylədi. Ordu spikeri qarşıdurmalar nəticəsində 22 terrorçunun öldürüldüyünü ifadə etdi.
Ordu təmsilçisi general Məhəmməd Semirin etdiyi yazılı açıqlamasında, “Sina Yarımadasında təxminən 70 təcavüzkar tərəfindən eyni vaxtda olaraq 5 nəzarət nöqtəsinə hücum təşkil edildi. Hücuma cavab verməsi nəticəsində 22 təcavüzkar öldü” ifadələri yer aldı.
Semir, hücumlarda ölən və yaralanan əsgərlərin də olduğunu ifadə etdi ancaq sayı vermədi.
Şahidlər Rifah yaxınlığındakı Şeyx Züveyd ətrafında partlayışlar eşitdiklərini və təşvişlə evlərini tərk etdiklərini söylədi. Şeyx Züveyddəki hücuma uğrayan yerlər arasında polis bölməsi də var.
Al Ahram qəzeti də internet saytından bölgədə elektrikin kəsildiyini və bir çox binanın damlarından təcavüzkarların keşik tutduğunu yazdı.
Hücumu hələ boynuna götürən olmadı ancaq Misir ordusu ölkənin şimal-şərqindəki Sinadan IŞİD-ə bağlandığını açıqlayan Ensaru Beytil Makdis təşkilatına qarşı əməliyyatlar təşkil edir. Misirdə 3 İyul 2013’de indiki prezidenti Abdulfəttah Sisi liderliyindəki zərbənin ardından Sinadaki təhlükəsizlik vəziyyəti pisləşmişdi.
Mətləb BALAKİŞİYEV