“İlk hissədə çox pis oynadıq. Rəqib topu bizə vermirdi. Top bizdə olmayanda isə neyləyəcəyimizi bilmirdik. Avropada belədi ki, 5-6 qol vəziyyəti yaradıb, yararlana bilmirsənsə, qalib gələ bilməzsən”. Bunu Avropa Liqasının II turunda Bakıda “Qarabağ”a 1:0 hesabı ilə məğlub olan “Anderlext”in baş məşqçisi Besnik Hasi deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın iki, “Anderlext”in isə altı qol vəziyyəti olduğunu xüsusi qeyd edib: “Qarabağ”ın qapımıza doğru iki zərbəsi oldu və onlardan biri qol oldu. Bizim isə 6-cı şansımız oldu, amma yararlana bilmədik. Bu problemin üzərində çalışmalıyıq. Topun qapı xəttini keçdiyini qeyd eləməliyəm. Həmin epizodda hakimin qərarından narazı qaldıq. Həm ilk oyunda, həm də bu gün qələbə qazanmalıydıq. Yalnız istedad və fərdi keyfiyyetlər hesabına qələbə qazanmaq mümkün deyil. Avropada zəif oyun olmur, burda yalnız güclülər mübarizə aparır. Bu gün oynadığımız ikinci hissə kimi, bütün matçlarda çalışmaq lazımdı. Biz “Qarabağ”ın zəif komanda olduğunu bilirikş Onların həm “Tottenhem”, həm də “Neftçi” ilə oyunlarına baxmışam. Mənim komandam güclüdü, lakin bunu meydançada sübut eləmək lazımdı. Ola bilər “Qarabağ”ın hansısa təcrübə problemi var. Biz rəqibə hörmətlə yanaşırıq. İnanmıram ki, prezidentimiz komandanızı birinci divizion klubu adlandırıb”.
“Qarabağ” – “Anderlext” (1:0) matçında yeganə qolu 35-cu dəqiqədə Riçard Almeyda vurub.