C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi “Qəbələ” bu tur səfərdə “Krasnodar”la qarşılaşıb. Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirmək üçün səfərdə ən azı heç-heçə ilə kifayətlənməliydi. Lakin Roman Qriqorçukun yetirmələri bunu bacarmayıb.
Belə ki, matça meydan sahibləri daha yaxşı başlayıb. Bunun da məntiqi nəticəsi kimi rusiyalılar 8-ci dəqiqədə Vandersonun qolu ilə önə keçiblər. Ancaq ikinci yarıda “Qəbələ” bərabərliyi təmin edə bilib. 50-ci dəqiqədə tablodaı rəqəmləri eyniləşdirib – 1:1. Meydan sahibləri isə sona yaxın təzyiqi artırıb və istəyinə çatıb. Smolov 84-cü dəqiqədə həm oyunda son nöqtəni qoyub, həm də komandasına üç xal qazandırıb.
C qrupunun digər nümayəndələri PAOK və Dortmund “Borussiya”sı Yunanıstanda münasibətlərinə aydınlıq gətirib. Hərəyə bir dəfə fərqlənən rəqiblərin duelində heç-heçə qeydə alınıb – 1:1. Birincilərdən 34-cü dəqiqədə Mak, qonaqlardan isə 72-də Gastro fərqlənib.
Bugünkü nəticələrdən sonra qrupa “Borussiya” başçılıq edir. Almaniya təmsilçisinin aktivində 4 xal var. 3 xalı olan “Krasnodar” ikinci, 2 xalı olan PAOK üçüncü və 1 xalı olan “Qəbələ” isə sonuncu yerdədi.
Avropa Liqası. II tur
1 oktyabr
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) 2:1
Qollar: Vanderson, 8; Dodo, 50; Smolov, 84
Baş hakim: Marçin Borski (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu
00:05 PAOK (Yunanıstan) – “Borussiya” (Dortmund, Almaniya) – 1:1
Qollar: Mak, 34; Gastro, 72
Baş hakim: Anthoni Teylor (İngiltərə)
Saloniki, “Stadio Toumba”
N | Komanda | O | Q | H | M | T-F | Xal |
1 | “Borussiya” | 2 | 1 | 1 | 0 | 3-2 | 4 |
2 | “Krasnodar” | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
3 | PAOK | 2 | 0 | 2 | 0 | 1-1 | 2 |
4 | “Qəbələ” | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
https://youtu.be/WkrsiyyPxpU