Almaniya şirkəti “Riyad-Farm”ı məhkəməyə verdi

aptekİlham Əliyevin əmisi oğlunun başı dərddə

Bayer Pharma AG” şirkətinin Azərbaycandakı nümayəndəliyi “Riyad-Farm” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyəverib.

Report”un xəbərinə görə, “Bayer Pharma AG” borcun və cərimə faizlərinin ödənilməsini tələb edir. Iddia olunan borcun və cərimə faizlərinin məbləği açıqlanmır.

Iddiaya 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində baxılır.

1998-ci ilin mart ayında təsis edilən “Riyad Farm” Azərbaycanda əczaçılıq bazarında ən qabaqcıl distribütorlardan biri sayılırdı. Şirkət 2003-cü il aprel ayının 1-i Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı BölgəŞöbəsində “Dövlət qeydiyyatı”na alınıb. Hazırda dərman satışını dayandırıb.

Bayer Pharma AG” isə Almaniyanın dərman satışı ilə məşğul olan ən böyük şirkətlərindən biri hesab edilir. 39 min işçisi olan şirkət 2014-cü ildə dərman satışından 12 milyon 52 min avroluq gəlir qazanıb.

Məlumat üçün deyək ki, “Riad Farm” ölkə başçısı İlham Əliyevin əmisi oğlu İlqarƏliyevə məxsusdur. Bu şirkətin dərman bazarından sıxışdırılması bir neçə il əvvələtəsadüf edir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Paşayevlərin dərman biznesini nəzarətə götürməsi İlqar Əliyev üçün ciddi problemə çevrilib. İddia olunurdu ki, Paşayevlər dərman bazarını Ilqar Əliyevlə bölüşmək niyyətində deyil.

Bundan sonra isə İlqar Əliyev daha bir zərbə aldı. Onun nəzarətində olan “Röyal Bank” fəaliyyətini dayandırdı. Bunun səbəbi isə bankla Iran arasında şübhəliəlaqələr idi.

Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı” da İlqar Əliyevdən yan ötmədi. Bu qalmaqalda “Riad Farm”ın icraçı direktoru Aqil Quliyev və hüquqi sahibi Həsən Şərifov həbs olundu. Bu həbslərlə bağlı yayılan məlumatlarda bildirilirdi ki, “Riad Farm”ın Beynəlxalq Banka 200 milyon dollar borcu var. Daha sonra məlumat yayıldı ki, Ilqar Əliyev baş verənlərlə bağlı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı əmisi oğlunu qəbul etməyib.

Beləliklə, İlqar Əliyevin bu problemləri bitməmiş yeni problemlə üzləşib.

 

xebername.info