«Mən çiçəklənmirəm, ləyaqətimin mövcudluğunu davam etdirirəm, sizə də bunu arzu edirəm…»
Həbsdə olun araşdırmaçı jurnalist Xədicə Ismayılın Elman Həsənovun (Türkoğlu) iddiası əsasında çıxarılmış məhkəmə hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Söhbət Binəqədi Rayon Məhkəməsinin jurnalisti CM-nin 148-ci (böhtan) maddəsilə təqsirli bilərək, 2500 manat cərimələməsinə dair məhkəmə hökmündən gedir.
Əvvəlcədən gözlənildiyi kimi, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Xədicə Ismayılın apelyasiya şikayətini təmin etməyərək, hökmü qüvvədə saxlayıb. Jurnalist də məhkəmənin bu qərarına “nə gözəl, nə gözəl…”, – deyə ironik reaksiya verib.
Amma qərar elan olunmamışdan əvvəl məhkəmə iclasında bir sıra maraqlı məqamlar olub. Məsələn, Xədicə Ismayıl Elman Türkoğlu barədə sənədin onun “facebook” səhifəsindən yayılması haqda 8 səhifəlik məktub yazan MTNəməkdaşının məhkəməyə dəvət olunması barədə vəsatət qaldırıb: “Mənim üçün sənədin nə vaxt və kim tərəfindən yayılması vacibdir. Məhkəmə bu məsələni aydınlaşdırılmalıdır. Çünki mən ittiham olunuram ki, guya, 2014-cü ilin fevralda sənəd mən yaymışam. Halbuki, mən ”facebook”da sənədi yayanda orada şəxsin adını silmişdim. Ikincisi, sənədi yayanda da yazılanların doğru olub-olmadığı barədə məlumatsızlığımı ifadə edərək, qeyd etmişdim ki, əgər MTN bu işlərləməşğul olursa, buna yalnız təəssüflənirəm. Bu, Azərbaycan dövlətçiliyi üçün faciədir ki, büdcədən maliyyələşən MTN insanların şəxsi həyatlarından videolar çəkir, sonra bu vasitə ilə onları şantaj edib müxalifət əleyhinə işləməyə sövq edir”.
Jurnalist onu da qeyd edib ki, bu məsələ ilk dəfə Mustafa Kozlu adlı profildən yayılıb. Həmin adam isə sənədi yayarkən adı silməmiş, olduğu kimi saxlamışdı.
Elman Türkoğlu isə bildirib ki, sözügedən sənədi ona qarşı guya, AXCP sədri Əli Kərimli, Qənimət Zahid, Natiq Ədilov və Xədicə Ismayıl hazırlayıb. Onun bu fikri Xədicə Ismayılın və məhkəmə zalında olan digər şəxslərin gülüşünə səbəb olub.
Elman Türkoğlunun bu fikrindən sonra Fariz Namazlı vəsatət replika ilə məsələqaldırıb ki, belədirsə, o zaman Əli Kərimli də məhkəməyə çağırılsın. Amma hakim buna ehtiyac görmədiyini bildirib.
Elman Türkoğlu bununla kifayətlənməyərək, Əbülfəz Elçibəyin ölümündə də Əli Kərimli və Xədicə Ismayılı günahlandırıb. Xədicə Ismayıl da onun bu ittihamına orijinal cavab verib: “Amerika prezidenti Kennedinin ölümündə, Ikinci Dünya Müharibəsinin başlanmasında və ümumiyyətlə, tarixin dəyişdirilməsində də mənəsas iştirakçı olmuşam. Sadəcə, bunlardan xəbərim olmayıb”.
Daha sonra Xədicə Ismayıl bildirib ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, bu işəxitam verilməlidir. Çünki heç bir şahid ifadəsi və fakt olmadan iş icraata götürülüb: “Binəqədi Rayon Məhkəməsi də iştirakım olmadan haqqımda hökm elan edib. Ola bilsin, hakim bütün bunlara məcbur olub. Təsəvvür edin ki, şəxs prosesdə iştirak etmir, proses qapalı keçirilir və hökmÿoxunur. Azərbaycan məhkəmə tarixində beləhadisə olmayıb. Bu, Azərbaycan məhkəmə sisteminin çöküşüdür”.
Sonuncu cümləyə hakim Qail Məmmədovun “hər şey çökür, yalnız siz çiçəklənirsiz” replikası münasibət bildirib. Xədicə Ismayıl da hakimin replikasını cavabsız qoymayıb: “Mən çiçəklənmirəm, ləyaqətimin mövcudluğunu davam etdirirəm. Sizə də bunu arzulayıram. Anlayıram, sizə də Binəqədi Rayon Məhkəməsinin hakiminə olduğu kimi təzyiq edirlər”.
Hakim jurnalistə gümanlar əsasında danışmamağı tövsiyə edib. Xədicə Ismayıl bildirib ki, onun özü gümanlar əsasında həbs olunub, gümanlar əsasında ittihamlar irəli sürülüb: “Ümumiyyətlə, bu ölkə qanunlarla yox, gümanlarla idarə olunur. Azərbaycanda ədalət mühakiməsi də gümanlar əsasında aparılır, faktlar əsasında yox”.
xebername.info