Qurumun prezidenti: «Son iki ildə Azərbaycanda vəziyyət kəskin şəkildə pisləşib… Köklü dəyişikliklər məqsədilə ciddi cəhdlər göstərməyin vaxtıdır»
Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası başlayıb. Təxminən iki ildir AŞ PA-nın prezidenti olan Ann Broşür dünən açılış nitqində bütövlükdə Avropada insan haqlarının vəziyyətini dəyərləndirərkən Azərbaycandakı durumdan narahatlığını ifadə edib.
AŞ PA prezidenti çıxışında Avropada insan haqlarının müdafiəsinə dair atılmış müsbət addımlar sırasında Fransada “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı basqından sonra zorakı ekstremizm və terrorçuluğa qarşı mübarizədə müxtəlif ölkələrin birləşməsi, bu istiqamətdə güclü səfərbərliyi qeyd edib.
Bununla belə, AŞ PA prezidenti vurğulayıb ki, Avropa Şurasının dəyərlərinin ciddi müqavimətlə üzləşməsi halları ilə əlaqədar problemlər qalmaqdadır. Ann Broşür AŞ PA üzvlərinə səslənərək, onları bu dəyərlərə hörmətsizlik edənlərə qarşı yekdilliklə layiqincəcavab verməyə çağırıb.
Bu kontekstdə o, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının ciddi problemlərlə üzləşməsindən təəssüfünü ifadə edib: “Məhdudlaşdırıcı qanunlar, ağır və yersiz inzibati prosedurlar, təzyiqlər, hədə-qorxular, repressiyalar… Hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatları çox tez-tez bu cür ağır şərtlər altında işləməyə, bəzən, hətta qeyri-leqal və gizli fəaliyyət göstərməyə məcbur olurlar. Demokratik cəmiyyətdə, Avropa Şurasına üzv dövlətlərdə bu cür hallar yolverilməzdir”.
AŞ PA prezidenti bəyan edib ki, məsələn, Vatslav Havel mükafatının keçənilki qalibi Anar Məmmədli hələ də Azərbaycanda həbsxanadadır: “Son iki ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət kəskin şəkildə pisləşib. Adamlar fəaliyyətinə görə hədəfə alınır, müxtəlif cür ittihamlara məruz qalır, uzunmüddətli həbs cəzalarına məhkum edilir və bütün bunlar açıq-aşkar qanun pozuntuları ilə müşayiət olunur. Bütün bu baş verənlər Azərbaycan hakimiyyətinin Avropa Şurasının fundamental dəyərlərinə hörmət etməyə hazırlığını şübhəaltına alır.
Bu yaxınlarda Leyla və Arif Yunuslar, Xədicə Ismayılova barədə çıxarılmış məhkəməhökmləri dərin həyəcan doğurur. Azərbaycan hökuməti insan haqlarına münasibətini dəyişib. Bu ölkədə real ədalət mühakiməsi sisteminin mövcudluğu, media, sərbəst toplaşma, birləşməazadlıqlarına hörmətlə bağlı sistematik problemlərin həlli üçün köklü dəyişikliklər məqsədiləciddi cəhdlər göstərməyin vaxtıdır. Azərbaycanın təxminən bir ay sonra parlament seçkiləri keçirdiyini nəzərə alsaq, bu addımların atılması xüsusilə vacibdir”.
Ann Broşür AŞ PA-nın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinəmüşahidə missiyası göndərmək qərarını təsdiqləyib. Bununla belə, onu da qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun uzunmüddətli və qısamüddətli müşahidəçilərinin izləmədiyi seçkinin Avropa Şurasının seçki standartlarına nə dərəcədəuyğun olduğunu müəyyənləşdirmək, seçkiyə hərtərəfli və obyektiv qiymət vermək çətin olacaq.
AŞ PA-nın payız sessiyasının açılış mərasimindən sonra brifinqdə media jurnalistlərin suallarını cavablandıran Ann Broşür Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. AŞ PA prezidenti bildirib ki, bu təşkilat münaqişənin həlli üçün yollar axtarır: “Biz Dağlıq Qarabağ münaqişəsilə əlaqədar çox narahatıq. Dəfələrlə demişəm ki, dövlətlərin ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün son dərəcə vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı hazırda da danışıqlar gedir. Bəziləri hesab edir ki, Avropa Şurası olaraq, biz bu danışıqlarda iştirak edə bilmərik. Nəzərə almaq lazımdır ki, bu problem Avropa Şurasına üzv olan iki ölkəarasındadır. Ona görə də biz dialoq yolu ilə həll yolunu tapmalıyıq. Parlament Assambleyasının iclaslarında da tərəflər arasında gərginliyi müşahidə edirik. Bu gərginliyin aradan qalxmasına çalışmalıyıq. Nəzərə almaq lazımdır ki, problemdən bu regionun əhalisiəziyyət çəkir. Bu insanlar da Avropa Şurasının üzvləridir və onların da hüquqları müdafiəolunmalıdır”.
xebername.info