Azərbaycanda koronavirus: 1157 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər vəfat edib

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib.

Ötən gün yeni yoluxmaların sayı 2676 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 13-də bildirilib ki, indiyədək ölkədə ümumilikdə 461 min 249 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Onlardan 412 min 469 nəfər müalicə olunaraq sağalıb, 6134 nəfər vəfat edib.

Hazırda müalicə olunan xəstələrin sayı 42646 nəfərdir.

bbc.com