Ailəsindən prezidentə müraciət: “Rafiq Tağının istintaqı yeni tərkibdə aparılsın”

Yazıçı Rafiq Tağının ailəsi Prezedent İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Müraciətdə yazıçının qətlinin 9-cu ilinin yaxınlaşdığı xatırlanır və biıdirlir ki, onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək tapılmayıb:

“ Hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməyib. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləyib. Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik”.

Yazıçının ailəsi yeni Baş prokuror K.Əliyevin ( 2020-ciil mayın 1-də bu vəzifəyə təyin edilib) bu işdə əzm göstərəcəyinə ümid edir:

“Köhnə tərkibli istintaq qrupu tam fəaliyyətsizlik sərgiləyib, istintaq hərəkətsizliyi edib. Hətta, zəng edib soruşmasaq, münasibətlərindən bu ağır qətl hadisəsini unudubmuşlar kimi təəssürat yaranır.”

Müraciət müəllifləri hesab edirlər ki, bu cinayət işinə yenidən baxılmalıdır:

“ Bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir “.

Müraciətə, hələlik, Prezident Administrasiyası, Baş Prokurorluq və bu qurumun keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.