Kati Piri tərəfindən sanksiyalar tətdbiq edilməsinə çağırış

Sosialistlər və Demokratlar (S&D) Qrupunun vitse-prezidenti Kati Piri Azərbaycanda müxalifət fəallarının kütləvi həbslərinə reaksiyasında repressiyaya cavabdeh rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

“Bizi Azərbaycanın hüquq-mühafizə orqanlarının AXÇP-nin sədr müavini Fuad Qəhrəmanlınn ağır işgəncələrə məruz qaldığına dair inadırıcı məlumatlar narahat edir,” Piri bildirib. “Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır.

“Bu məsuliyyətsiz hərəkətlər prezident Əliyevin çıxışlarında dəfələrlə ‘beşinci kolon’ və ‘satqın’ kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, təcavüz və həbs kimi sistematik kampaniyasının bir hissəsini təşkil edir. Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir.”