Seymur Həzi
Mustafa Kamal Atatürk də, Məhəmməd Əmin Rəsulzadə də türk dünyasının sosial ədalət ideyalarından bəhrələnən iki mühüm lideridir. Onlardan birincisi Osmanlı imperiyasının uçqunları altından Türkiyəni sağ çıxardı, digəri heçdən bir Respublika qurdu, tarixə millətinin imzasını silinməyəcək şəkildə yazdı. İndi kimlərsə qəstdən ya bilməyərəkdən onları qarşı-qarşıya qoymaqla yeni nifaq toxumu səpmək istəyirlər. Millətin türk islam kimliyinə daimi sahib çıxan bu iki lderin bir-birlərinə münasibətləri Məhəmməd Əmin
Rəsulzadənin Musatafa Kamal haqqında: “…İyirmi il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi tanınan Kamal Atatürk Versaldakı dünya ağalarının iradəsinə qarşı çıxmağa özündə cəsarət tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir zamanlar möhtəşəmliyi ilə hər kəsi heyrətə gətirən, amma məlum Sevr müqaviləsinin ağır şərtləri altında şərəfsiz duruma salınan Osmanlı imperatorluğunun xarabaları altında can çəkişməkdə idi. Bu elə bir zaman idi ki, türk vətənpərvərlərinin böyük əksəriyyəti sadəlövh şəkildə “dünyanın vicdanını” necə oyatmaq, diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən sırf türklərə məxsus torpaqlarının heç olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul ziyalılarının fikirlərinə o qədər də əhəmiyyət vermədən Türkiyə üzərində Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində düşünürdülər. Məhz belə bir zamanda Kamal Paşa aydın və qəti şüarla meydana çıxdı”
Mustafa Kamalın Rəsulzadə haqqında: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir”
Sözlərindən bəlli deyilmi?