ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Son günlər korrupsionerlərin səslü-küylü həbsləri şəffaflıq və ictimai iştirakçılıq məsələlərini bir daha gündəmə gətirir. Gəlirlərini və əmlakını bəyan etməyən məmurlar, ictimai iştirakçılığın və hesabatlılığın formal institutlarından belə yararlanmayan dövlət orqanları həmişə korrupsiyaya qurşanacaq. Onun qarşısını həsblərlə almağın effektiv praktikası mövcud deyildir. Əslində korrupsiya qarşı gerçəkdən mübarizə aparmaq istəyən dövlət başçısı ilk növbədə gəlirlərini və əmlakını bəyan etməlidir. Lakin, bu məlumatlar nəinki müntəzəm hətta seçkidən-seçkiyə belə açıqlanmır. Buna siyasi iradəsi olmayan İlham Əliyev şəffaflıq və hesabatlıqdan, ictimai iştirakçılıqdan danışsa da mövcud qanunlara belə əməl etmir.
Diqqət edin.
1) Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinin Dövlət Neft Fondu (ARDNF) haqqinda Əsasnamənin 5.4. maddəsinə görə, Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. 20 ildir ki, ARDNF haqqinda Əsasnamənin müvafiq maddəsində nə dəyişiklik edilir, nə də ona əməl olunmur. İndiyə qədər Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunmayıb. Hətta İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasında baş nazir, prezidentin iqtisadi məsələlər üzrə köməkçisiləri, maliyyə naziri, iqtisadiyyat naziri, Mərkəzi Bankın sədri və Milli Məclisinin sədr müavini daxildir.
2) “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu 2014-cü ilin yanvar ayının 1-dən qüvvəyə minməsinə baxmayaraq, nə İqtisadiyyat, nə Maliyyə Nazirliyində, nə də ki, Dövlət Neft Fondunda İctimai Şuralar fəaliyyət göstərmir.
3) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən İctimai Şuranın fəaliyyəti 25 fevral 2020-ci ildə başa çatıb, yenisi hələ formalaşmayıb. Əlsində birdəfəlik (190 manat) ödəmədəki yarıtmaz təşkilati işlərə görə ictimaiyyətin diqqətinə və qəzəbinə gələn ƏƏSMN-də belə Şuranının olması və bu tip məsələlərə müdaxiləsi zəruridir.
Yekun olaraq, onu bildirmək istərdim ki, İctimai Şuralarda təmsil olunan hökümətyönlü QHT nümayəndələrinin loyallığı onsuz da dövlət orqanlarının qərarlarında ictimai rəylərin və mövqelərin nəzərə alınması imkanlarını zəiflədir. Bu istiqamətdə nisbətən effektiv işləyənTəhsil Nazirliyinin və bəzi dövlət Universitetlərinin nəzdində fəaliyyət göstərən İctimai Şuralardır. Amma formal olsa da belə bəzi mərkəzi və yerli icra hakimiyyəti nümayəndələri bu Qanuna əməl etmirlər. Hətta bəzi yerli icra hakimiyyətlərində nominal olsa da İctimai Şura yaradılsa da nə Beləsuvar, nə də İmişli rayon icra hakimiyyətində belə bir qurum fəaiyyət göstərməyib. Odur ki, ictimai iştirakçılığa çağırışlar mənasiz bəyanatlar, korrupsionerlərin həbsləri isə siyasi şoulardır. İnanmayın, Azərbaycanda koronavirus pandemiyası bitəcək, amma korrupsiya virus pandemiyası həmişə olacaq.