AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 30 sutkalıq inzibati həbs cəzasını başa vurub. O, mayın 8-də Daxili İşlər Nazirliyinin Bakının Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən azadlığa buraxılıb.
Faiq Əmirlini aprelin 8-i axşamüstü Bakıda, 20-ci sahədəki evinin yanında mülki geyimli şəxslər tutmuşdu. Ona 30 sutka həbs cəzasını aprelin 9-da Səbail Rayon Məhkəməsi kəsmişdi. Cəbhəçi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə karantin rejiminin pozulmasında təqsirli bilinmişdi.