Avropa Birliyi Şərq tərəfdaşlığı Azərbaycan Forumu repressiyalardan narahatdır

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması ölkədəki mövcud siyasi vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Biz, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının aşağıda imza atmış üzvləri hakimiyyətin müxalifət lideri (Musavat partiyası və Milli Şuranın idarə Heytinin üzvü) Tofiq Yaqublunun xuliqanlıq (CM-nin 221.3-cü maddəsi) və vətəndaş cəmiyyəti fəalı və jurnalist (Sumqayıt Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin
sədri), hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq cinayəti (CM-nin 177.2.4-cü maddəsi) ittihamı ilə həbsini və hazırkı pandemiya bəhanəsilə karantin rejimini pozmaq ittihamı ilə siyasi və ictimai fəalların, jurnalistlərin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə həbsini
pisləyir və hakimiyyəti yaranmış yeni situasiyadan müxaliflərə qarşı sui-istifadə praktikasını dayandırmağa və onları azad etməyə çağırır.
Məlum karanatin rejimi dövründə ehtimal olunan İnzibati Xətalar Məcəlləsinin 211-ci
maddəsini pozmaqda ittiham edilən üç AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) fəalı (Faiq Əmirli həm də Azadlıq qəzetinin maliyyə direktorudur və Ruslan Əmirov həm də AXCP sədri Əli Kərimlinin şəxsi mühafizəçisidir), iki ADR (Azərbaycan Demokratiya və Rifah Hərəkatı –
Vəfadar Əliyev, Şakir Məmmədli) üzvü, iki MBH (Müsəlman Birliyi Hərəkatı – Samir Babayev, Hikmət Ağayev) üzvünə və bir ictimai fəala (Nəriman Abdulla) qarşı məlum maddənin cərimə sanksiyası deyil, 15-30 gün müddətində inzibati həbs sanksiyasının seçilməsi və həmin şəxslərin
bir çoxunun ittihamdan öncə həbs edilməsi şəraiti həbslərin siyasi xarakterli olduğunu
söyləməyə əsas verir. Jurnalistlər Natiq İsbatovun 30 sutka və İbrahim Vəzirovun 25 sutka inzibati həbslə cəzalandırılıması, Mirsahib Rahiloğlunun isə Şirvan şəhərində peşə fəaliyyətini
həyata keçirərkən polis tərəfindən saxlanılması və 30 günlük inzibati həbs edilməsi isə karantin rejimindən sui-istifadənin geniş olduğuna dəlalət edir. AXCP üzvləri, hakimiyyəti ciddi tənqid
videoları ilə gündəmə gəlmiş Aqil Hümbətov hazırda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və Baba Süleyman isə evi məlum SMS proseduru ilə tərk etsə də
polis tərəfindən saxlanılıb və Nəsimi rayon məhkəməsinin qırarı ilə İXM-nin 211-ci maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs eilmişdir. Bu müddət ərzində karantin qaydalarının
pozulması iddiası ilə inzibati həbsə məruz qalan ictimai-siyasi fəalların sayı artmaqda davam edib.
Bir gün öncə isə Azadlıq qəzetinin əməkdaşı, AXCP funksioneri Təzəxan Mirələmli Ata Abdullayevin şikayəti əsasında CM-in 221.1-ci maddəsi ilə açılmış qondarma cinayət işi üzrə
təqsirləndirilmiş şəxs qismində cəlb olunub. Aprelin 20-də isə AXCP-nin Salyan rayon təşkilatının üzvü Elzamin Salayev məlum “Salyan hadisəsi” ilə bağlı polis əməkdaşının şikayəti əsasında Salyan rayon məhkəməsi tətəfindən 2il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Milli Platforma vurğulayır ki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun üzərinə hüquqi öhdəliklər qoyan bir sıra konvensiyalarını ratifikasiya etmişdir. Azərbaycanla Avropa İttifaqı
arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların mühüm bir komponenti kimi 2017-ci ilin payızından başlayaraq hər il Avropa İttifaqı-Azərbaycan arasında insan hüquqları üzrə dialoq keçirilir.
Milli Platforma dərin narahatlıqla bildirir ki, Azərbaycan hakimiyyətinin hazırkı situasiyadan tənqidçi kəsimi cəzalandırmaq üçün sui-istifadə etməsi onun Avropa Şurası üzvü kimi
öhdəliklərinə ziddir, Avropa İttifaqı ilə imzalanacaq perspektiv Strateji Tərəfdaşlıq Sazişinə maneədir, Azərbaycan xalqı və vətəndaşının maraqlarına ziddir və Azərbaycanın siyasi mühiti,
vətəndaş cəmiyyəti üçün arzuolunmaz mühit yaradır.
Milli Platforma Azərbaycan hökumətini:
Barəsində əsassız ittihamlarla cinayət işi açılmış müxalifət lideri, keçmiş
siyasi məhbus Tofiq Yaqublu və hüquq müdafiəçisi, hepatit C xəstəsi
Elçin Məmməd barəsində həbs qət-imkan tədbirinin dəyişdirərək azad
etməyə və cinayət işinə xitam verməyə;
Karonavirus pandemiyası ilə əlaqədar karantin müddətində inzibati
qaydada həbs edilmiş jurnalist, siyasi və ictimai fəalların azad edilməsini
və hazırkı çətin dönəmdə ölkədə həmrəylik mühitini təmin etməyə;
Avropa Parlamentinin 17 janvar 2019-cu ildə 533 deputatın səsi ilə qəbul
etdiyi “Azərbaycanda Mehman Hüseynovun işi” adlı (2019/2511) saylı
qətnaməsində1
irəli sürdüyü çağırışlara əməl etməyə;
Avropa Şurası Parlament Assambleyasının bu ilin Qış Sessiyasında qəbul
etdiyi 2322 saylı qətnaməsində2 Azərbaycan hökumətinə çağırışının
tələblərini yerinə yetirməyə və AŞPA-nın Azərbaycan üzrə
həmməruzəçilərinin COVİD-19 ilə bağlı çağırışlarını3 nəzərə almağa ;
Siyasi zəmində jurnalistlərə, bloggerlərə, insan hüquq müdafiəçilərinə,
vətəndaş cəmiyyəti fəallarına və müxalif səslərə qarşı təqib və həbs
praktikasına son qoymağa və ölkədə geniş etimad mühitini təmin
etməyə;
Vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün 2014-
cü ildən davam edən hüquqi və praktiki maneələri aradan qaldırmağa və
vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq mühiti yaratmağa;
BMT-nin İnsan Hüquqları Komitəsi4
, insan hüquq müdafiəçiələrinin
vəziyyəti üzrə Xüsusi Məruzəçi, Avropa Şurası5 və digər beynəlxalq qurumların ifadə azadlığı barəsində verdiyi tövsiyyələri icra etmək üçün
konkret və effektiv tədbirlər görməyə çağırır.
Milli Platforma Avropa İttifaqını:
Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən insan hüquqları
dialoqunu vətəndaş cəmiyyətinin səmərəli iştirakı ilə
intensivləşdirməyə;
Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən Strateji Tərəfdaşlıq
Sazişi üzrə danışıqlarda vətəndaş cəmiyyəti də daxil olmaqla bütün
maraqlı tərəflərin səmərəli iştirakını və prosesin şəffaflığını təmin
etməyə;
Avropa İttifaqı ilə Azərbaycanın həyata keçirdiyi Strateji Tərəfdaşlıq
Sazişi üzrə danışıqların tez və səmərəli yekunlaşması yolunda
maneələrdən biri olan mövcud siyasi məhbus probleminin Avropa
İttifaqı ilə Azərbaycan arasında insan hüquqları dialoqunun növbəti
mərhələsinədək sistemli və bridəfəlik həllinə nail olunması üçün
Azərbaycan hökumətilə daha intensiv və səmərəli işçi təmasın
qurulmasına çağırır.
İmza:
1.Leyla Əliyeva
2.Qubad İbadoğlu
3.Fuad Həsənov
4.Zaur Əkbər
5.Sabit Bağırov
6.Aynurə Abdullayeva
7.Fərhad Mehdiyev
8.Sevil Yüzbaşeva
9.Ziya Quliyev
10.Elçin Sultanov
11.İlqar Hüseynli
12.Samir Əliyev
13.Himayət Rizvanqızı
14.Cəsur Məmmədov
15ŞRübabə Hüseynli
16.Elçin Abdullayev
17.Xalid Vahidoğlu
18.Əvəz Həsənov
19.Rövşən Novruzov
20.Rafiq Təmrazov
21.Mirvari Qıhramanlı
22Şİradə Cavadova
23.Bəxtiyar Hacıyev
24.Emin Hüseynov
25.Anar Orucov
26.Bəşir süleymanlı
27.Anar Məmmədli
28.Şəhla İsmayıl
Bakı, 22 aprel, 2020