Əfqan Muxtarlı həbsdən birbaşa Berlinə göndərildi

Siyasi məhbus, araşdırmaçı jurnalist Əfqan Muxtarlı martın 17-də həbsdən azad edilib və birbaşa Bakı aeroporetuna aparılaraq hazırda ailəsinin mühacirətdə olduğu Almaniyaya, Berlinə yola salınıb. Jurnalist Bakıdan Moskvaya, oradan da Berlinə uçub.

Muxtarlı məhkəmə qərarı ilə azad olunub. Lakin məhkəmənin təyini və keçirilməsindən nə onun vəkillərinin, nə də ictimaiyyətin xəbəri olub. Juralistin özü isə azad olunacağını gözləyirmiş. Bu, onun üçün gözlənilməz olmayıb. Özünün dediyinə görə, Almaniya hökuməti onun azad olunması üçün səy göstərib və hələ ötən ilin sonlarından azad ediləcəyi müəyyənləşmişdi.