Merkeldən çağırış

Almaniyanın kansleri Angela Merkel Kansleramtda canlı yayımla xalqa səslənərək koronavirusla mübarizənin tarixi əhəmiyyət danışıb. Vətəndaşları rasional və intizamlı olmağa çağıran Merkel vəziyyətin ciddiliyini vurğulayıb. Merkel kütləvi tədbirlərin ləğvinin, məktəblərin, uşaq bağçalarının və oyun meydançalarının bağlanmasının ciddi tədbirlər olduğunu qeyd edib.
Merkel hər kəsi qaydalara riayət etməyə çağırıb: “Yaxın günlərdə qüvvədə olacaq qaydalara əməl edin. Hökumət olaraq nəyi düzəldə biləcəyimizi və nə tələb olunduğunu nəzərdən keçiririk”.
İkinci Dünya Müharibəsindən sonra ölkədə həmrəylik sınağının olmadığını deyən Merkel, “Bu tarixi bir vəzifədir və biz yalnız birlikdə öhdəsindən gələ bilərik” deyib.
Merkel virusa qarşı hələ bir müalicə üsulu və ya peyvənd olmadığını, ancaq araşdırma aparıldığını, virusun yayılmasını yavaşlatmaq və bununla da peyvənd hazırlamaq üçün vaxt qazanmaq istədiklərini söyləyib.
Məlumat üçün bildirək ki, Almaniyada koronavirusa yoluxanları sayı 12 mini keçib. Bu virusdan 31 nəfər həyatını itirib, 71 nəfər isə sağalıb. Ölkədə ən çox koronavirusa yoluxan xəstə Şimali Reyn-Vestfaliya əyalətindədir. Bu əyalətdə 4268 nəfərin koronavirus testi pozitiv çıxıb, 13 nəfər həyatını itirib.
Avropa azərbaycanlılarının nəl